Filoloq İlahə İsmayılova: "Ağlıma gəlməzdi ki, müəllim kimi bu qədər sevilərəm"

- İlahə xanm, necə oldu ki, bu sahəyə gəldiniz?
- Düzünü desəm,orta məktəb illərindən aparıcı olmaq istəmişəm.Lakin anamın “Qız üçün ən yaxşı sənət – müəllimlikdir”məsləhəti ilə bu ixtisası seçdim.Hətta tələbəlik illərimdə belə dərslərə hazırlaşarkən güzgü qarşısında öz-özümə danışaraq çıxış edərdim.Amma ilk dəfə müəllim kimi şagirdlərin qarşısına çıxandan sonra bu sənətə sevgim,istəyim daha da artdı.Və artıq özümü başqa sahədə heç təsəvvür belə edə bilmirəm.Onu da qeyd etmək istərdim ki, xalam və əmim direktor olub,xalam qızları ,əmim qızları və bibim qızları da müəllimdirlər.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq 16 ildir ki, bu sahədəyəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimiyəm.Digər tərəfdən də DİM-də ekspert müəllim kimi fəaliyyət göstərirəm.Eyni zamanda abituriyent hazırlığı,MİQ hazırlığı ilə, universitetlərə ixtisas seçimi ilə məşğul oluram.Bir müəllim öz sahəsi üzrə hansı işləri görə bilər!?Təbii ki,gələcək nəslin maariflənməsində əlimdən gələni əsirgəmirəm.Onlarla təkcə müəllim-tələbə münasibəti qurmayaraq, eyni zamanda da onların yaxın dostu kimi problemlərini dinləyir və qayğılarına qalıram.Bundan əlavə tələbələri müxtəlif ekskursiyalara apararaq onlarla dərsdənkənar da məşğul oluram.Həmçinin müxtəlif tədbirlərin keçirilməsində hər zaman yaxından iştirak edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsiplərim öyrənmək və öyrətməkdir. Özümə qarşı tələbkar olduğumdan hər zaman öyrənmək ,öz üzərimdə işləməyi qarşıma məqsəd qoymuşam.Və bilirik ki, gələcək nəslin taleyi biz müəllimlərdən asılıdır.Mənim məqsədim də yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik əsl vətənpərvər şəxsiyyətləri formalaşdırmaqdır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox abituriyent hazırlığı,müəllimlərin işə qəbulu imtahanı üçün , həmçinin istər ali təhsil müəssisələrinə,istərsə orta ixtisas, istərsə də peşə təhsil müəssisələrinə ixtisas seçimləri ilə bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Rüşvətə “yox” deyirəm.
- Xarakter olaraq necə birisiniz?
Düşünürəm ki, çox səbirliyəm. Amma çox tərsəm və inadkaram.Hər hansı bir işə qol qoydumsa o mütləq olmalıdır.
- Ailəlisinizmi?
-Bəli, ailəliyəm, üç övladım var.
- Tələbələrinizə nə məsləhət görürsünüz?
- Tələbəlik illərini doya-doya yaşamağı,səbirli və ağıllı olmağı məsləhət görürəm.Çünki ağıllı və səbirli insan sonda istəyinə nail olur.Bir də ana dilimizi sevək və qoruyaq ! Ən əsası budur!
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..... Bu fikri özünüz tamamlayın,zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, peşəmin vurğunu olaram və müəllim kimi bu qədər sevilərəm.
Əlaqə nömrəsi: (055) 682 98 11