“Volkswagen” Avropada zavodlarını bağlayır

“Volkswagen” Avropada zavodlarını bağlayır

“Volkswagen Group” avtomobil konserni koronavirus pandemiyası ilə əlaqədar Avropada bir çox zavodun fəaliyyətini dayandırır.

Bu qərar virusun bazardakı tələbə mənfi təsir göstərməsi ilə əlaqədar verilib.

Bu həftənin sonunadək İspaniyadakı zavodların, Portuqaliyanın Setubal, Slovakiyanın paytaxtı Bratislava şəhərlərində, eləcə də İtaliyada “Lamborghini” və “Ducati” zavodlarının bağlanması planlaşdırılır.

Almaniyada və digər Avropa ölkələrindəki zavodlar isə iki-üç həftə ərzində fəaliyyətini dayandırmaq üçün hazırlıqlar aparacaq.

Bundan başqa, Fransanın “PSA Group” və “Renault” konsernləri də bir sıra zavodlarda istehsalatı dayandırdığını açıqlayıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*