ÜST: Dünyada koronavirusa yoluxanların sayı 132 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 132 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 132 mindən çox artıb.

“TASS”a istinadən verilən məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 132 581 nəfər yeni koronavirusa yoluxub, 3 911 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 823 289, ölənlərin isə 431 541 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 3 781 538 yoluxma və 201 848 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 416 920, ölənlərin sayı isə 188 350 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 778 200 yoluxma və 17 077 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*