“Toyota” Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq

“Toyota” Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq

Yaponiyanın “Toyota” avtomobil şirkəti koronavirus pandemiyası ilə əlaqədar Avropa ölkələrindəki zavodlarının fəaliyyətini aprelin 20-dək bərpa etməyəcək.

Söhbət Türkiyə, Portuqaliya, Böyük Britaniya, Polşa, Çexiya və Fransadakı zavodlardan gedir. Bu zavodlar martın 16-dan bağlanıb.

Bundan başqa Sankt-Peterburqdakı zavod da martın 28-dən aprelin 5-dək işləməyəcək.

Qeyd edək ki, ötən il “Toyota” Avropadakı zavodlarında 780 min avtomobil istehsal edib.
Koronavirusla əlaqədar olaraq şirkət Şimali Amerika və Cənub-Şərqi Asiyada da istehsalı qismən dayandırıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*