“Total” və “Google” evlərdə günəş enerjisinin potensialını qiymətləndirəcək alət hazırlayıb

“Total” və “Google” evlərdə günəş enerjisinin potensialını qiymətləndirəcək alət hazırlayıb

Fransanın “Total” neft-qaz şirkəti və “Google Cloud”la birgə evlərdə günəş enerjisinin potensialını dəqiq və sürətli qiymətləndirmək üçün süni intellekt əsaslı innovativ alət hazırlayıb.

Bu barədə “Total”in məlumatında deyilir.

“Solar Mapper” adlanan alət öncə Avropa ölkələrində, daha sonra isə bütün dünyada istifadəyə veriləcək.

“Yeni innovativ alət müştərilərini daha sərfəli günəş enerjisi ilə təmin etmək üçün “Total” şirkətinə günəş panellərini damlarda daha tez quraşdırılmasına imkan verəcək. “Total”in günəş enerjisi sahəsindəki təcrübəsi “Google Cloud”un süni intellekt sahəsindəki təcrübə və məlumat bazası ilə birləşdirilərək, cəmi 6 ay ərzində belə bir innovativ alət ərsəyə gəldi”, – məlumatda ​​deyilir.

“Solar Mapper”in qiymətləndirmə üçün tamamilə yeni süni intellekt alqoritmlərindən istifadə etdiyi qeyd olunur.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*