Liderlərin çoxu Trampa görə sammitə qatılmadı

Liderlərin çoxu Trampa görə sammitə qatılmadı

Cənub-şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvü olan 10 ölkədən 7-sinin ABŞ-la olan sammitdə iştirak etməməsinin səbəbi məlum olub.

ASEAN-ın iclasına yalnız Tailand, Vyetnam və Laosun baş nazirləri qatılıb. Sinqapur, Malayziya, İndoneziya, Bruney, Kamboca, Myanma və Filippini iclasda yalnız xarici işlər nazirləri təmsil ediblər.

Məlumata görə, liderlərin bir çoxunun ABŞ Prezidentinə etiraz etmək üçün ASEAN-ABŞ sammitində iştirak etmədiyi qeyd edilib.

Trampın özü də Tailandda keçirilən sammitə qatılmayıb. İclasda ABŞ-ı Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen təmsil edib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*