“Hyundai” və “KIA” Çexiya və Slovakiyadakı zavodlarını bağlayır

“Hyundai” və “KIA” Çexiya və Slovakiyadakı zavodlarını bağlayır

Cənubi Koreyanın “Hyundai Motor” və “KIA Motors” avtomobil şirkətləri koronavirus pandemiyası ilə əlaqədar müvafiq olaraq Çexiya və Slovakiyadakı zavodlarda istehsalı dayandırır.

Qərar martın 23-dən qüvvəyə minəcək.

Bu müddət ərzində zavodların işçilərinə əmək haqqının azı 70 faizi məbləğində təzminat veriləcək.

Çexiyada “Hyundai” zavodunda 3 300, Slovakiyada “KIA” zavodunda 4 minədək işçi fəaliyyət göstərir.

Qeyd edək ki, bu günədək Çexiyada 572, Slovakiyada 105 nəfər koronavirusa yoluxub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*