“Google” axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır

“Google” axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır

2020-ci ilin dekabrında Azərbaycanın axtarış sistemi bazarında 95,86 faiz paya sahib olan “Google” ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edir.

Bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verilir.

Noyabr ayı ilə müqayisədə “Google” axtarış sisteminin payı 0,07 faiz azalıb.

Hesabat dövründə “Yandeks.Poisk” axtarış sisteminin payı 0,06 faiz artaraq 2,3 faiz təşkil edib.

“Yandex” axtarış sisteminin payı isə 0,12 faiz artaraq 0,72 faizə bərabər olub.

Eyni zamanda “Yahoo”nun bazardakı payı 0,04 faiz azalıb və 0,4 faiz təşkil edib.

Azərbaycanın axtarış sistemi bazarında 0,72 faiz digər axtarış sistemlərinin payına düşüb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*