Cənubi Koreyada koronavirusdan sağalan 91 nəfərdə yenidən koronavirus aşkarlanıb

Cənubi Koreyada koronavirusdan sağalan 91 nəfərdə yenidən koronavirus aşkarlanıb

Cənubi Koreyada yeni növ koronavirusdan (COVİD-19) sağalan 91 nəfərdə yenidən koronavirus aşkarlanıb.

“Lenta.ru”ya istinadən verilən məlumata görə, belə tendensiyanın səbəbi hələki məlum deyil.

Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin rəhbəri Çon Yen Kyon bildirib ki, bəlkə də bu, təkrar yoluxma deyil, koronavirusun reaktivləşməsidir.

Koreya Universiteti yanında Quro xəstəxanasının professoru Kim Vu Cu qeyd edib ki, sağalan şəxslərdə yenidən koronavirusun aşkarlanması artacaq.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*