Türkiyədə yağan güclü qar 25 kilometrlik tıxaca səbəb oldu (VİDEO)
Türkiyənin şimal-qərbində yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib.
Trend-in məlumatına görə, dünən axşam saatlarından etibarən başlayan qar Balıkesir vilayətində bir sıra yolların bağlanmasına səbəb olub.
Balıkesir-Bursa magistralında 25 kilometr uzunluğunda tıxac qeydə alınıb.
Bursadan Yalovaya gedən yol da avtomobillərin hərəkəti üçün bağlanıb.