Tanınan və sevilən ingilis dili müəllimi Hilalə Cumayeva: "Öz sferamda bu qədər seviləcəyim ağlıma gəlməzdi"
- Hilalə xanım,necə oldu ki,bu sahəyə gəldiniz?
- Müəllim ailəsində doğulmuşam.Rəhmətlik atam Cumayev Fəxrəddin Azərbaycan dili və ədəbiyyat müəllimi olub.Bu sahəyə ilk istəyim burdan yaranıb.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2009 -cu ildən bəri bu sahədə çalışıram.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- İngilis dili müəllimi olaraq daima inkişafdayam. Tez- tez xarici ölkələrdə dil təlimlərində,konfranslarda və inkişaf proqramlarında oluram. Qabaqcıl müəllim, fəal müəllim kimi fəxri fərmanlarla təltif olunmuşam.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim səmərəli formada dili şagirdlərə öyrətmək,distiplinli,düzgün ünsiyyət,valideynlərlə ünsiyyət,psixoloji danışıqlardan ibarətdir.
- Hansı yaş qrupuna aid şagirdlərlə çalışırsınız?
- Əsasən 10-17 yaş arası məktəblilərlə çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar abituriyent hazırlığı və bununla paralel dil öyrənmə, bir də xaricdə təhsil və dil kursu keçməklə bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Savadsızlığa, sosial yönümlü olmamağa, övladlarımızı təhsildən yayındırmağa, tez ailə həyatı qurmağa qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim,xoş xasiyyətli,xoş niyyətli,pozitiv,həyatı sevən biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər zaman həyata baxış pəncərəniz düzgün olsun,düzgün fikirləşib,qərar verməyi bacarasız,arzu istəkləriniz üçün həmişə mübarizə aparasınız.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Öz sferamda bu qədər uğur əldə edəcəyim,seviləcəyim,cəmiyyətə faydalı olacağım ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (070) 579 30 36