Ötən həftə dünyada koronavirusa yoluxma sayı 12 faiz azalıb - ÜST
Ötən həftə ərzində dünyada koronavirusa 4,8 milyondan artıq yoluxma, 85 mindən artıq isə ölüm halı qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 12 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb:
"Qlobal planda son bir həftə ərzində koronavirusa yoluxma və koronavirusdan ölüm hallarının sayı azalmağa davam edib: ümumilikdə 4,8 milyondan artıq yoluxma, 86 minə yaxın isə ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftə ilə müqayisədə müvafiq olaraq 12 və 5 faiz daha azdır".
Mayın 10-dan 16-dək koronavirusa 4 809 520 nəfər yoluxub, 85 975 nəfər isə koronavirusdan ölüb. Mayın 16-sı üçün dünyada koronavirusa yoluxma hallarının sayı 162 184 263, koronavirusdan ölüm hallarının sayı isə 3 364 446 nəfər təşkil edib