İraqda 3 türk hərbçisi həlak olub
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pəncə Qartal 2" antiterror əməliyyatı zamanı 3 hərbçi həlak olub.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, PKK terror təşkilatının mənsubları ilə baş vermiş atışma nəticəsində daha hərbçi yaralanıb.
Türkiyə ordusunun bölgədə genişmiqyaslı əməliyyatı davam edir.