Microsoft şirkətinin son rübdəki gəliri 19 faiz artıb
Microsoft korporasiyasının martın 31-dən bitən rüblük üzrə gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 19 faiz artaraq 41,7 milyard dollara çatıb.
Bu barədə məlumatlar şirkətin saytında qeyd olunub.
Göstərilən dövrdə əməliyyat mənfəəti 31 faiz artaraq 17 milyard dollara çatıb. Xalis mənfəət 44 faiz artaraq 15,5 milyard dollar təşkil edib.
Şirkətin baş icraçı direktoru Satya Nadella vurğulayıb ki, Microsoft-un maliyyə uğurlarının çoxu bulud xidmətlərinə olan güclü tələbin olmağına görədir.