Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin etdi

Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin edib.
TurkicWorld-ə istinadən verilən məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı "Rəsmi Qəzet"də yayımlanıb.
Məlumata əsasən, Tanju Bilgiç Türkiyənin Rusiyadakı səfiri, Mustafa Levent Bilgen isə Ukraynadakı səfiri təyin olunub.
Qeyd edək ki, Türkiyənin Moskvadakı səfiri vəzifəsini daha öncə Mehmet Samsar, Kiyevdəki səfiri vəzifəsini isə Yağmur Ahmet Güldere icra edib.