Yaponiya Rusiya əleyhinə sanksiyaları genişləndirib

Yaponiya Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaları sərtləşdirib.
Bu barədə Yaponiyanın xarici işlər nazirliyi məlumat yayıb.
Məlumata görə, yenilənmiş sanksiya siyahısına Rusiyadan 17 fiziki şəxs və 78 təşkilat daxildir, onların Yaponiyadakı aktivləri dondurulub.