Bülletenlərin 100 faizi sayıldı - NƏTİCƏLƏR
Türkiyədə keçirilən prezident seçkilərində səslərin sayılması prosesi başa çatıb.
Adekvat.az TRT-yə istinadən xəbər verir ki, AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, CHP lideri Kemal Kılıçdaroğlu 45 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,22 faiz səs toplayıb.
Ölkə üzrə seçici fəallığı 88,84 faiz təşkil edib.
Qeyd edək ki, prezident seçkilərinin mayın 28-nə təyin olunmuş ikinci turunda qalib səs çoxluğu ilə müəyyən ediləcək.