Rusiyaya qarşı 11-ci sanksiya paketi hazırlandı
Avropa Komissiyası Rusiyaya qarşı 11-ci sanksiya paketi layihəsini təsdiqləmək üçün üzv ölkələrə təqdim edib.
Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, Avropa Komissiyası 11-ci sanksiyalar paketinin hazırlanmasını başa çatdırıb.
Erik Mamer əlavə edib ki, Daimi Nümayəndələr Komitəsində (COREPER) səfirlərin ilk müzakirəsi mayın 10-da keçirilməlidir. Lakin mətbuat xidmətinin rəhbəri sanksiyaların məzmununu şərh etməkdən imtina edib.