Azərbaycan XİN Butan Krallığını təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Butan Krallığını Milli Günü münasibətilə təbrik edib.
Nazirlik bu barədə "X" sosial media hesabında post paylaşıb.
"Butan Krallığını və xalqını Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Butan, Milli Günün mübarək!", - paylaşımda qeyd olunub.











