Türkiyədə zəlzələdə ölənlərin sayı ARTIB
Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, həlak olanların sayı 50 min 399 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.