Türkiyənin zəlzələ bölgəsində sel nəticəsində 10 nəfər həlak olub (FOTO)

Türkiyənin zəlzələ bölgəsində güclü sel insan tələfatına səbəb olub.
Trend bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Sel Şanlıurfada 9, Adıyamanda isə 1 nəfərin ölümünə səbəb olub. İtkin düşən 3 nəfərin axtarışları davam edir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.