Yunanıstanda dəhşətli qatar qəzası: 32 ölü, 85 yaralı
Yunanıstanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT1 kanalı məlumat yayıb.
Qəza nəticəsində 85 nəfər xəsarət alıb. Bildirilir ki, 53 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
***
08:04
Yunanıstanda sərnişin və yük qatarları toqquşub.
Bu barədə Yunanıstanın ERT1 kanalı məlumat yayıb.
Bildirilib ki, qəza zamanı sərnişin qatarının 3 vaqonu aşıb, yanğın başlayıb. Hadisə nəticəsində 29 nəfər ölüb, 85 nəfər yaralanıb.
Xilasedicilər axtarışları davam etdirir.
Qeyd edək ki, qəza Tempi şəhəri yaxınlığında, Afinanın 200 kilometrdən çox şimal-qərbində, Evangelismos stansiyasında baş verib. 350 nəfərin olduğu qatar Afina - Saloniki marşrutu ilə hərəkət edirmiş.