İranda güclü zəlzələ olub
Bu gün yerli vaxtla saat 09:35 radələrində İranın cənubunda yerləşən Fars vilayətinin Larestan rayonunda 5,2 bal gücündə zəlzələ olub.
Bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildirilib.
Məlumata görə, zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.