Zəlzələ bölgəsində güclü qar yağacaq - Axtarışlar çətinləşir
Sinoptiklər Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə güclü qar və yağış yağacağını proqnozlaşdırır.
Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Ekspertlərin fikrincə, qar yağışı bölgədə axtarış-xilasetmə işlərini xeyli çətinləşdirəcək.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.