Rusiya donacaq - 53 dərəcə şaxta gözlənilir
Hava kütlələrinin qeyri-adi hərəkət trayektoriyası yaxın günlərdə Rusiyada anomal soyuğa səbəb olacaq.
Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
Onun sözlərinə görə, havaların kəskin soyuması ultra-qütb prosesi ilə əlaqəlidir:
"Mülayim enliklərdə hava kütlələri qərbdən şərqə doğru ötürülür, soyuq hava kütlələrinin müdaxiləsi, qütb müdaxiləsi zamanı ötürülmə şimaldan cənuba doğru baş verir. Lakin ultra-qütb prosesi tamamilə qeyri-adi hadisədir - bu zaman hava kütlələri şimal-şərqdən şimal-qərbə doğru hərəkət edir və əgər hava kütlələri antisiklona çevrilirsə, o zaman nəhəng anomaliyalar baş verir".
Proqnozlara əsasən, yaxın günlərdə Rusiyanın Avropa hissəsində 34-47 dərəcəyədək şaxtalar gözlənilir, Yakutiya, Maqadan və Çukotkada isə havanın temperaturu mənfi 48-53 dərəcəyə çatacaq.