Tbilisidə Saakaşvilinin məhkəməsi keçirilir
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası keçirilir.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, M. Saakaşvili səhhətindəki problemlərlə əlaqədar iclasa müalicə aldığı klinikadan onlayn şəkildə qoşulub. Məhkəmədə Saakaşvilini müayinə edən ekspertlərin dinləniləcəyi qeyd oKeçmiş Prezidentin valideynləri və tərəfdarları da məhkəmədə iclasında iştirak edirlər.
İclasla eyni vaxtda “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri və Saakaşvilinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin binasının ətrafına toplaşıblar.