İlon Mask "Twitter"in rəhbəri vəzifəsini tərk edəcəyini bildirib
İlon Mask çərşənbə axşamı eyniadlı sosial şəbəkənin sahibi olan "Twitter" şirkətinin rəhbəri vəzifəsini tərk edəcəyini açıqlayıb.
Bu barədə o öz "Twitter" səhifəsində yazıb.
"Bu işə razı olan axmaq birini tapan kimi "Twitter"in baş direktoru vəzifəsini tərk edəcəm", - deyə İ.Mask bildirib.
Sahibkar əlavə edib ki, hazırkı vəzifəsindən ayrıldıqdan sonra şirkətin proqram təminatı və serverlərə texniki xidmət departamentlərinə rəhbərlik edəcək.