Reklam fotosu Ronaldo və Messiyə milyonlar qazandırdı
Futbol tarixinin ən yaxşı oyunçularından olan Kriştiano Ronaldo və Lionel Messinin birgə çəkilmiş fotosu dünyanın gündəminə çevrilib. Əzəli rəqiblərin şahmat masasında bir araya gəlməsi maraqlı müzakirələrə səbəb olub.
Məşhur amerikalı fotoqraf Enni Leybovitsin lentə aldığı fotolar ulduz futbolçulara külli miqdarda vəsait qazandırıb. Sözügedən fotonun ərsəyə gəlməsi üçün ümumilikdə 4,3 milyon dollar xərclənib.
Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonun instaqramdakı paylaşıma görə 2,4 milyon, Messinin isə 1,7 milyon dollar qazandığı bildirilib.
Foto ilə bağlı bir məqam isə hər kəsi təəccübləndirib. Məlum olub ki, dünya şöhrətli futbolçuların fotoları ayrı-ayrı vaxtlarda çəkilib, sonra montaj edilərək onların bir araya gəlməsi kimi təqdim olunub.
Qeyd edək ki, futbolçular "Louis Vuitton" brendinin reklam kampaniyasında iştirak ediblər.