İsrail noyabrın 28-də azad edilə biləcək girovların siyahısını alıb

İsrail noyabrın 28-də Qəzza zolağında HƏMAS tərəfindən azad edilə biləcək şəxslərin yeni siyahısını alıb.
Bu barədə İsrail ordusu radiosu "Qaley ÇAXAL" baş nazir Benyamin Netanyahunun administrasiyasına istinadən bildirib.
Məlumata əsasən, İsrail hakimiyyəti girov saxlanılanların adları olan siyahını araşdırır.
Qeyd edək ki, noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəsə dair İsraillə razılığa gəldiyini açıqladı.