Türkiyə MİT Suriyada əməliyyat keçirdi: PKK/YPG'nin məsul şəxsi zərərsizləşdirildi

Suriyada Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada əməliyyat keçirib.
Bu barədə türk KİV-lərinə istinadən xəbər verilir.
Məlumata görə, əməliyyat zamanı PKK/YPG'nin məsul şəxsi zərərsizləşdirilib.
"Karker Andok" kod adlı Mutlu Kacar Suriyanın Ayn əl-Arab bölgəsindən məsul olub.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi noyabrın 25-də bu ilin avqustun 15-dən noyabrın 23-dək Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisindəki antiterror əməliyyatı bölgəsində 606-sı PKK/KCK-PYD/YPG, 43-ü İŞİD üzvü olmaqla ümumilikdə 649 terrorçunun zərərsizləşdirilməsi barədə məlumat yaymışdı.