İstanbuldakı terrorun ANBAAN GÖRÜNTÜLƏRİ
Xəbər verdiyimiz kimi, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində partlayış törədən Suriyaəsilli Ahlam Albashır saxlanılıb. O, PKK terror təşkilatının “Ayn el Arab” mərkəzindən göstəriş aldığını və hadisəni törətdikdən sonra oradan qaçdığını etiraf edib.
Modern.az "TRT Haber”ə istinadən xəbər verir ki, terrorçu qadının hadisə yerinə necə gəldiyini və terror aktını törətdikdən sonra qaçdığını əks etdirən yeni görüntülər yayılıb.
Görüntülərdən qadının skamya üzərində əyləşdiyini, daha sonra bel çantasını orada qoyaraq uzaqlaşdığını görmək mümkündür.