Paşinyan Minskdə KTMT sammitində iştirak etməyəcək
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək görüşünə getməyəcək.
Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin görüşündə iştirak etmək üçün Minskə getməyəcəyini deyib.
Qeyd edək ki, KTMT-nin Minsk görüşü noyabrın 23-də keçiriləcək.
Xatırladaq ki, Nikol Paşinyan ötən ay Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın Bişkek şəhərində keçiriləcək zirvə görüşündə iştirakdan da imtina edib.











