Köçəryanın oğlu deputat oldu

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan Ermənistan parlamentində and içib və rəsmi şəkildə deputat olub.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, Levon Köçəryan Ermənistan parlamentində müxalif "Hayastan" partiyasını təmsil edəcək.
Xatırladaq ki, Levon 25 sentyabrda 1 ay müddətinə həbs edilib. Köçəryanın oğlu ölkənin hazırkı baş naziri Nikol Paşinyanın əleyhinə paytaxt İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən zaman saxlanılıb.
Onun barəsində dörd polis əməkdaşını döymək barədə ittiham irəli sürülüb. Ötən ay isə onun həbs müddətinin 2 ay uzadılması ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin edib.
Bir qədər əvvəl isə Ermənistanın Mərkəzi Seçki Komissiyasının qərarı ilə Levon Köçəryana deputat mandatı verilib.