Ermənistanda "Vətəndaşlıq haqqında" Qanuna dəyişiklik qəbul edilib

Ermənistanda “Vətəndaşlıq haqqında” Qanuna dəyişiklik qəbul edilib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, hökumət bu gün “Vətəndaşlıq haqqında” Qanuna dəyişiklik layihəsini təsdiqləyib.
Qanuna əsasən, 1988-1991-ci illərdə Azərbaycan SSR-dən Ermənistana köçən, lakin hələ də Ermənistanın və ya başqa ölkənin vətəndaşlığını almamış ermənilər 2026-cı ilin 31 dekabr tarixinə qədər Ermənistan vətəndaşlığı üçün müraciət edə bilərlər.
Ermənistanda indiyə qədər sovet pasportu ilə yaşayan, heç bir vətəndaşlıq almamış az sayda insanlar nəzərə alınaraq bu təklif irəli sürülüb. Qanunda həmçinin, Ermənistan vətəndaşlığı olmayan şəxslərin ölkədə daimi yaşaması qaydasına aydınlıq gətirilməsi təklif edilir.
Ermənistan hökuməti altı ay ərzində onlara yaşayış icazəsi verilməsi Qaydalarını qəbul etməlidir.