Böyük Britaniya Qlobal Süni İntellekt sammitinə ev sahibliyi edir

Böyük Britaniyada Qlobal Süni İntellekt sammiti keçirilir.
1-2 noyabr tarixlərində keçiriləcək sammitdə bir sıra siyasətçi və texnologiya üzrə liderlər iştirak edərək, cəmiyyəti dəyişən texnologiyalara mümkün reaksiyaları müzakirə edəcəklər.
Sammitdə Böyük Britaniyanın baş naziri Rişi Sunak, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və BMT-nin baş katibi Antonio Quterreşin də iştirak edəcəyi bildirilib.
Qeyd olunub ki, aparıcı süni intellekt (artificial intelligence - AI) vasitələrinin təsirləri ilə bağlı artan narahatlıqların müzakirəsi konfransın əsas mövzusunu təşkil edəcək.