Vaşinqton yüz minlərlə ABŞ vətəndaşını Yaxın Şərqdən təxliyə etməyi planlaşdırır

ABŞ administrasiyası İsrail-Fələstin münaqişəsini dayandırmağın mümkün olmayacağı təqdirdə yüz minlərlə ABŞ vətəndaşını Yaxın Şərqdən təxliyə etməyə hazırlaşır.
Bu barədə "The Washington Post" qəzeti məlumatlı mənbəyə istinadən xəbər dərc edib.
Məlumata görə, ən pis ssenaridə İsrail və Livan ərazisində yaşayan 600 mindən çox ABŞ vətəndaşının təxliyəsi planlaşdırılır.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.