İranda 3+3 formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək - TEZLİKLƏ

Tezliklə İranda 3+3 formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək.
Görüşdə Ermənistan da iştiraka razılıq verib.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.
Xatırladaq ki, “3+3” formatının təşəbbüskarı məhz Prezident İlham Əliyev olub.