İsrail Qəzzada 500-dən çox hədəfi zərərsizləşdirdi

İsrail ordusu ötən gecə Qəzza zolağında HƏMAS və “İslami-Cihad” qruplaşmalarının radikallarına məxsus 500-dən çox hədəfi zərərsizləşdirib.
Bu barədə məlumatı ordunun mətbuat xidməti yayıb.
Məlumata görə, gecə ərzində İsrail ordusunun qırıcıları və helikopterləri, eləcə də artilleriyası qruplaşmaların 500-dən çox obyektinə zərbələr endirib.
“The Times of Israel” qəzetinin məlumatına görə isə, hazırda İsrailin cənubunda 6 hissədə, Qəzza zolağında sərhəddə radikallarla döyüş davam edir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.