Ərdoğan Rusiyaya yola düşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yola düşüb.
Stimulxəbər.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə,Türkiyə prezidentinin rusiyalı həmkarı ilə görüşü zamanı hər iki ölkə arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.