İranda mədəndə partlayış olub, 6 nəfər ölüb

İranın şimalındakı Semnan vilayətində mədəndə partlayış olub.
Bazar ertəsi səhər saatlarında baş verən partlayış nəticəsində Tazre Damqan kömür mədənində dağıntılar altında qalan 6 fəhlənin meyiti çıxarılıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.