Ərdoğan və Putin Rusiyada görüşə bilər

Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Rusiyada görüşə bilər.
Bu barədə Türkiyənin NTV telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Türkiyə və Rusiya Prezidentləri “taxıl sazişi”ni müzakirə edəcəklər və Ərdoğanın gözlənilən səfəri sazişin bərpası ilə bağlı razılığın əldə olunması üçün həlledici əhəmiyyətə malikdir.