Mahaçqalada partlayışda həlak olanlardan 22-nin kimliyi müəyyən edilməyib

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində 35 nəfərin ölümü ilə nəticələnən partlayışda həlak olanlardan 22 nəfərin cəsədi naməlum olaraq qalır.
Bu barədə Dağıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, həlak olan 35 nəfərdən 13-nün şəxsiyyəti müəyyən edilib, digər meyitlərin kimliyinin müəyyən edilməsi prosesi davam edir.
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin sözlərinə görə, Mahaçqalada baş vermiş partlayış nəticəsində Moskva xəstəxanalarına yerləşdirilmiş yaralıların arasında 16 nəfərin vəziyyəti çox ağırdır və onların həyatını xilas etmək üçün bütün lazımi tibbi və psixoloji yardım göstərilir.