Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayışda ölənlərin sayı 35-ə çatıb

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.
Hadisə nəticəsində 80 nəfərin xəsarət aldığı bildirilib.
“Hazırda 63 nəfər, o cümlədən 16 uşaq stasionar müalicədədir. Xəsarət alanlardan 2-si uşaq olmaqla 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Daha 17 nəfərə ambulator tibbi yardım göstərilib”, - deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.