Rusiya yarım əsr sonra Aya ilk missiyasını göndərdi

Avqustun 11-nə keçən gecə Rusiya öz müasir tarixində ilk dəfə olaraq Aya missiya göndərib.
Bu barədə Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") məlumat yayıb.
"Luna-2" avtomatik stansiyası "Vostoçnıy" kosmodromundan buraxılıb.
Stansiyanın avqustun 16-da Ay orbitinə çıxacağı gözlənilir. Ay səthinə eniş avqustun 21-də baş tutacaq.
Qeyd edək ki, sonuncu dəfə 1976-cı ildə Rusiya Aya uçuş həyata keçirib.