Ekvadorda prezidentliyə namizədi qətlə yetirən şəxs ölüb

Ekvadorda prezident vəzifəsinə namizəd olan Fernando Vilyavisensionun qətlə yetirilməsi zamanı 9 nəfər yaralanıb.
Yaralananlar arasında assambleya üzvlüyünə bir namizəd və iki polis əməkdaşı da var.
Hadisəni törətməkdə şübhəli bilinən üç nəfər artıq saxlanılıb. Şübhəli şəxslərdən biri saxlanılan zaman aldığı yaralardan ölüb.
Qeyd edək ki, Ekvadorda erkən prezident və parlament seçkiləri avqustun 20-də keçiriləcək. Vilyavisensio yerli əhali arasında keçirilən sorğularda dördüncü-beşinci yer tuturdu.