Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 19-a çatıb

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsində ölənlərin sayı 19 nəfərə çatıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fəlakət bölgəsində 16 nəfərin axtarışları davam etdirilir.