Makronu fitə basdılar, istefasını tələb etdilər

Fransa Prezidenti Emmaneul Makron Yelisey çölündə kütlə fitə basıb.
Trend Fransanın BFMTV kanalına istinadən xəbər verir ki, hadisə dövlət başçısının Bastiliyanın alınması ilə bağlı keçirilən hərbi parada baş verib.
Əraziyə toplaşanan insanlar E.Makronu istefaya çağıran şüarlar səsləndirib.
Qeyd edək ki, iyunun sonu - iyulun əvvəlində Fransada iğtişaşlar baş verib. İğtişaşların səbəbi Parisətrafı qəsəbələrdə 17 yaşlı əlcəzairəsilli Nahel Merzukun polis tərəfindən qətli olub.