Priqojin qiyamdan sonra ilk dəfə Putinlə görüşdü - Tək gəlmədi

Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
O bu görüşə tək gəlməyib. KİV-in yaydığı məlumata görə Priqojin bu görüşə "Vaqner" PMC komandirləri ilə birlikdə gəlib.
Qeyd edək ki, 23 iyun 2023-cü ildə Vaqner Qrupunun lideri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun qüvvələrinə hücuma keçməkdə və onun qüvvələrinin "nəhəng" hissəsini öldürməkdə ittiham edərək Rusiya Silahlı qüvvələrinə qarşı hərbi toqquşmalarda iştirak etdi. Lakin "qardaş qanı axıtmaq istəmirik" deyərək Belarus lideri Aleksandr Lukaşenkonun onun telefon danışından sonra Priqojin Moskvaya doğru irəliləməyi dayandıraraq, qiyamın miqyasını böyütməyib.