Britaniya müdafiə naziri Ukraynaya uzaqmənzilli raketlərin veriləcəyini təsdiqləyib

Böyük Britaniya Ukraynaya uzaqmənzilli raketlər göndərəcək.
APA-nın Britaniya bürosunun “Sky News“a istinadən xəbərinə görə, bunu Britaniyanın müdafiə naziri Ben Uolles təsdiqləyib.
Nazir bildirib ki, “Storm Shadows” raketləri Ukrayna ordusuna veriləcək.
Qeyd edək ki, Ukrayna uzun müddətdir ki, bu cür silahları tələb edirdi, lakin ABŞ və digər ölkələr Rusiya ərazisinə zərbələrin eskalasiyaya səbəb olacağı təqdirdə onları tədarük etmək istəmirdilər.
Storm Shadow, British Aerospace və bir Fransız şirkəti tərəfindən hazırlanmış, 450 kq döyüş başlığını 560 km məsafəyə daşıyan uzunmənzilli, havadan buraxılan qanadlı raketdir. Razılaşmanın həyata keçirildiyi barədə xəbərlərə cavab olaraq Moskva bu addım “hərbçilərimizdən adekvat cavab tələb edəcək”, - deyə bildirib.