Türkiyə təyyarəsinin Sudanda hücuma məruz qalmasına rəsmi REAKSİYA

Türkiyənin Milli Müdafiə Nazirliyi Sudanda Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin atəşə tutulması faktını təsdiqləsə də ekipaj üzvlərindən heç kimin xəsarət almadığını açıqlayıb.
“Sudana təxliyə üçün göndərdiyimiz “S-130” təyyarəsinə atəş açılıb. Təyyarə təhlükəsiz eniş edib. İnsident nəticəsində xəsarət alan olmayıb”, - Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.
Qeyd edək ki, Türkiyə hökuməti öz vətəndaşlarını və diplomatlarını hazırda vətəndaş müharibəsinin yaşandığı Sudandan çıxarmaq barədə qərar qəbul edib.